İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən “Provive” MMC fəaliyyətə başlayıb.
İZİA-nın yaydığı məlumata görə, müəssisədə innovativ texnologiyaya əsaslanaraq “Black soldier fly” milçəyinin sürfələrindən istifadə olunmaqla qida tullantılarından zülal (heyvan mənşəli) və “Zoohumus” üzvi gübrəsi istehsal olunacaq. Bu, tullantıların atılmasının qarşısını almaqla onlara 2-ci həyat verəcək, atmosferə atılan zərərli tullantıların miqdarını azaldacaq. Nəticədə ekoloji təmiz, təbii və proteinlə zəngin məhsullar əldə olunacaq.
“Xalq qəzeti”