Fermerlər üçün dəstək mexanizmləri yaradılıb

post-img

Ölkəmizdə mövcud torpaq və su resurslarından səmərəli istifadə etmək, aqrar sahə üzrə yeni ideyaları, startapları dəstəkləmək, ərzaq təhlükəsizliyini təmin etmək, kənd yerlərində yaşayan əhalinin aqrar sahədə məşğulluğunun artırılması yolu ilə sosial rifahını yaxşılaşdırmaq, yerli məzənnənin güclənməsinə dəstək verəcək ixrac potensialının artırmaq və ixrac coğrafiyasını genişləndirmək üçün mühüm tədbirlər həyata keçirilir. 

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov “Agro Business Forum Azerbaijan-2023” forum-sərgisinin açı­lış mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycanda aqrar sektorun bütün növ vergi ödəmələrindən azad olunduğu hazır­kı şəraitdə ölkədə fermerlərə dəstək üçün müxtəlif növ subsidiya və kredit mexanizm­ləri mövcuddur.

“Biz aqrar biznes sektorunu dəstək­ləmək üçün aqrar bazarımızı ədalətli rəqa­bətə açmışıq. Hazırda xarici şirkətlər heç bir bürokratik prosedur olmadan müstəqil olaraq öz məhsullarını fermerlərə təklif edə və dövlətin güzəştlərindən yararlana bilirlər. İnnovativ metodlara əsaslanan bu elektron xidmətlər aqrotexniki xidmətlərin idarəçili­yində tamamilə şəffaflıq yaradacaq, zaman itkisinin qarşısını alacaq və fermerlərə ope­rativ xidmət göstərməyə imkan verəcək”,–deyə Elçin Zeynalov əlavə edib. 

 

“Xalq qəzeti”

İqtisadiyyat