Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 355 1 dekabr 2025-ci il, Bakı şəhəri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 aprel tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 12-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 aprel tarixli 55 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 350 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları