Paralimpiyaçılarımız bu il 61 medal qazanıblar

post-img

Azərbaycanda paralimpiya hərəkatı sürətli inkişaf yolu keçib və bu gün beynəlxalq aləmdə uğurlu nəticələr göstərir. Azərbaycan paralimpiyaçıları 2025-ci ildə beynəlxalq yarışlarda yaxşı nəticələr nümayiş etdiriblər.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, paralimpiyaçılarımız cari ildə 22 qızıl, 18 gümüş və 21 bürünc olmaqla, ümumilikdə 61 medal qazanıblar. Bu il idmançılar arasında bir dünya və iki Avropa çempionu var.

Hazırda idmançı reyestri üzrə 100-ə yaxın paralimpiyaçı 10 idman növündə (9 yay, 1 qış idman növü) məşqlərini davam etdirir.

Qabil YUSİFOĞLU
XQ

İdman