Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olub.
Səfər çərçivəsində İnam Kərimov Vyetnam Ali Xalq Məhkəməsinin sədri Nguyen Van Quang ilə görüşüb.
Vyetnam ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətlərinin gələcək əməkdaşlıqlar üçün möhkəm bir baza olduğunu qeyd edən Nguyen Van Quang Vyetnam məhkəmə sistemində son dövrlərdə aparılan islahatlar, məhkəmələrin strukturlaşdırılması, elektron məhkəmə və insan resurslarının inkişafı barədə məlumat verib. İ.Kərimov öz növbəsində dəvətə görə təşəkkürünü bildirərək, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, rəqəmsallaşma və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Hanoi Şəhər Xalq Məhkəməsini və Quang Ninh Vilayətinin Xalq Məhkəməsində olub.
XQ

