Azərbaycan kubokunda növbəti oyunlar

post-img

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib. Dünən “Şamaxı” doğma meydanda “Baku Sportinq”i qəbul edib. Oyun 1:0 hesabı ilə şamaxılıların xeyrinə başa çatıb. “İmişli” “Sabah” qarşılaşmasında əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda paytaxt təmsilçisi daha bir qol vuraraq 1/4 finala vəsiqəni təmin edib.

Günün son qarşılaşmasında isə “Qarabağ” öz meydanında “Karvan-Yevlax”ı qəbul edib. Ağdamlılar qonaqların qapısından 3 cavabsız top keçirərək növbəti mərhələyə adlayıb.

Bir gün əvvəl isə “SOCAR Polymer Arena”da “Şahdağ Qusar” “Turan Tovuz”a məğlub olub – 1:2, “Zirə” isə “Neftçi”yə əlavə vaxtda qalib gəlib – 1:0.

Beləliklə, “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sabah” və “Qarabağ” növbəti mərhələdə iştirak etmək hüququ qazanıblar.

1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman