Köhnə kompüterlərdə yeni “Windows” quraşdırmaq mümkün olmayacaq

post-img

“Microsoft” korporasiyası “Windows 11 24H2” əməliyyat sistemi üzərində işləri davam etdirir. Şirkət yeni sistemin köhnəlmiş prosessorlu kompüterlərə quraşdırılmasını qadağan edəcək. 

“Gazeta.ru” xəbər verir ki, yeni sistem 2008-ci ildən əvvəl buraxılmış kompüterlərdə istifadə edilə bilməyəcək.

Bu səbəbdən şirkət istifadəçilərə cari cihazların tələblərə cavab vermədiyi halda əvvəlcədən quraşdırılmış “Windows 11” sisteminə malik kompüter və ya noutbuk almağı tövsiyə edir. 

“Windows 11 24H2” əməliyyat sisteminin cari ilin payızında istifadəyə veriləcəyi planlaşdırılıb.

Rizvan FİKRƏTOĞLU
XQ

İKT