Bakıda şahmat festivalı başa çatıb

post-img

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Landau School” Təhsil Kompleksinin təşkilatçılığı ilə yeniyetmələr arasında keçirilən 4-cü Landau Şahmat Festivalı sona çatıb.

Azərbaycan Şahmat Federasiyasından mətbuata verilən məlumata görə, müxtəlif yaş kateqoriyasında Ziya Qubatov, Yusif Əhədzadə və Mikayıl Hüseynov birinci yeri tutublar. Daniel Konovalov, Fatimə Abdulova və Nurlan Qənizadə ikinci yerdə qərarlaşıblar. Vüqar Əlizadə, Mehin Məstiyeva və Mətin Bəkirli bürünc medalçı olublar. 

Qızlar arasında ən yaxşı nəticə göstərən Banu Məmmədzadə, Əsra Baxışova və Xədicə Seyidli xüsusi mükafata layiq görülüblər. Komanda yarışlarında 3 nömrəli şahmat məktəbi birincilik əldə edib. “Chess Klub” və 4 nömrəli şahmat məktəbi, müvafiq olaraq, 2-3-cü yerləri bölüşdürüb.

Qeyd edək ki, turnirdə müxtəlif şəhər və rayonlardan 150 yeniyetmə mübarizə aparıb.

M.HACIXANLI 
XQ

İdman