Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Azərbaycan çempionu “Qarabağ” da növbəti matçını keçirib.
Ağdam təmsilçisi pley-offa vəsiqə uğrunda Bolqarıstan çempionu “Ludoqorets”lə qarşılaşıb. Cavab görüşünün əsas vaxtında “Qarabağ” 3:2 hesablı qələbəyə sevinib. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Bu hissədə daha 4 qol vuran Ağdam klubu darmadağınla pley-offa yüksəlib.
Xatırladaq ki, ilk oyun “Ludoqorets”in qələbəsi ilə yekunlaşmışdı.
Cütün qalibi ÇL-in pley-off mərhələsində Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək.
Məğlub olan tərəf isə Avroliqanın pley-off mərhələsində “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi ilə qarşılaşacaq.
XQ