Sambo üzrə Azərbaycan çempionatı və birincilikləri keçiriləcək

post-img

“Abşeron” Olimpiya İdman Kompleksində sambo üzrə 3 yaş qrupunda Azərbaycan çempionatı və birincilikləri start götürür. 

Azərbaycan Sambo Federasiyasından “XQ”yə bildiriblər ki, fevralın 15-i komandaların gəlmə və çəki günüdür. Sabah kişilər ölkə çempionatında mübarizəyə başlayacaqlar. Bir gün sonra yeniyetmələr, fevralın 18-də isə gənclər yarışa qoşulacaqlar. 

Çempionatda Bakı, Sumqayıt şəhərləri ilə yanaşı, Şamaxı, Qəbələ, Oğuz, Siyəzən, Quba, Şabran, Ağsu, Salyan, Tovuz, Gəncə və digər şəhər, eləcə də rayonlardan, eyni zamanda idman təşkilatları, cəmiyyətləri, klublarından 500-ə yaxın idmançının iştirakı gözlənilir.

 

 

İdman