Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb. İki ölkənin oxşar qurumları arasında əməkdaşlıq memorandumunu Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə və Özbəkistan Milli Antidopinq Agentliyinin direktoru Abdüşükür Sadıqov tərəfindən imzalayıblar.
Sənəddə antidopinq təhsili, dopinq nəzarəti, terapevtik istifadə üçün istisnalar (TUE), idmançıların bioloji pasportu (ABP), ADAMS sistemi, nəticələrin idarə olunması, araşdırma və təhqiqat fəaliyyəti, həmçinin beynəlxalq idman tədbirlərində əməkdaşlığın inkişafını nəzərdə tutur. Bundan əlavə, tərəflər təcrübə mübadiləsi aparmaq, birgə təlim proqramları təşkil etmək, informasiya və metodik materiallarla qarşılıqlı əməkdaşlığı gücləndirəcəklər.
Qabil YUSİFOĞLU
XQ


