Güləşçimizdən dünya çempionatında gümüş medal

post-img

Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında daha bir güləşçimiz medal qazanıb.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışda sərbəst güləşmiz Ceyhun Allahverdiyev gümüş medal qazanıb.

61 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz final görüşündə türk rəqibinə məğlub olaraq, fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. 

Qeyd edək ki, bundan əvvəl sərbəst güləşçilərimiz Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) qalib adına layiq görülüblər. Qadın güləşçilərimiz Elnurə Məmmə­dova (50 kq), Ruzanna Məmmədova 2-ci, Nərgiz Səmədova (55 kq) 3-cü yerləri tutublar. 

Yarış dekabrın 3-də başa çatacaq.

İdman