Hannoverdə daha 2 medal

post-img

Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının üzvü Kamran Zeynalov odlu silahdan (tapança) 50 metrəyə atışın fərdi yarışında gümüş medala sahib çıxıb.

Milli Pralimpiya Komitəsinfən aldığımız məlumatda bildirilir ki, komanda yarışında isə iştirak edən millimiz (Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayeva) Hannoverdə keçirilən Beynəlxalq turnirdə odlu silahdan (tapança) 50 metrəyə atışda bürünc medal qazanıblar.

Qeyd edək ki, turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək Dünya Çempionatında iştirak üçün lisenziya qazandırır. Yarışlar davam edir.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman