Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş güləş üzrə U-15 Azərbaycan çempionatına yekun vurulub.
Azəebaycan Güləş Federasiyasından qəzetimizə bildirilib ki, Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışın ikinci günündə 41, 48, 57, 68 və 85 kiloqram çəki dərəcələrində yer alan sərbəst güləşçilər mübarizə aparıblar.
Beş çəki dərəcəsi üzrə, ümumilikdə, 173 idmançı çıxış edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Rəşid Nazarov (41 kq), Həsən Həsənov (48 kq), İsa Yusibov (57 kq), Rəşad Veysəlov (68 kq) və Amin Nəsibov (85 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Beləliklə, Azərbaycan çempionatında sərbəst güləş yarışlarına yekun vurulub. Mayın 3-də yunan-Roma güləşi üzrə yarışlara start veriləcək.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"