"Elçe" La Liqa ilə vidalaşır

post-img

İspaniya La Liqasını tərk edəcək ilk komanda müəyyənləşib. "Futbolhd.ru" saytı yazır ki, ölkə çempionatının  XXXIII turunda “Almeriya”ya 1:2 hesabı ilə məğlub olan “Elçe” komandası La Liqada qalmaq şansını itirib

Bildiriıir ki,  çempionatın başa çatmasına 5 tur qalmış aktivində 16 xal olan “Elçe” La Liqada qalmağı təmin edən yerdən – 17-ci pillədəki “Valensiya”dan 17 xal geri qalır. Beləliklə, Sebastian Bekkakekenin yetirmələri üç mövsümdən sonra La Liqa ilə vidalaşıblar.

Qeyd edək ki, “Elçe” 2020-2021-ci il mövsümündə La Liqaya yüksəlib.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman