Valideyn-məktəb münasibətlərinin inkişafına dair layihəyə yekun vuruldu

post-img

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsinin qaliblərindən olan “Məktəb də evimdir!” valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsinə dəstək proqramı layihəsi çərçivəsində təlimlər keçirdi.

Təlim proqramında seçilmiş valideynlər iştirak etdilər. Mərasimdə bildirilib ki, layihənin əsas məqsədi məktəbin ibtidai sinifləri şagirdlərinin valideynlərini təlimatlandıraraq valideyn-məktəb münasibətlərinin inkişafına yönəlmiş dəstəkverici təşəbbüslərin təşkilinə, məktəbdə psixososial durumun yaxşılaşdırılmasına və valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək olmaqdır.

Layihə çərçivəsində açılış mərasimi keçirilib və valideyn təşəbbüsləri təşkil olunub. Belə ki, ibtidai sinifdə təhsil alan şagirdlərlə valideynləri müəllimlərlə birgə dibçəklərdə güllər əkmiş və məktəb koridorunun bəzədilməsi məqsədilə divara şəkillər çəkdilər.

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinun elan etdiyi 2023-cü il kiçik qrant müsabiqəsi çərçivəsində qalib olub və 1 sentyabr-30 oktyabr tarixlərini əhatə edib.

 

Rizvan FİKRƏTOĞLU

XQ





Elm