17 iyun Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

post-img

Hər il iyunun 17-də bütün dünyada qeyd olunan Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü 1994-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib. Təqvimin tarixi Birləşmiş Millətlər Təşkilatının Səhralaşma ilə Mübarizə Konvensiyasının 1994-cü il iyunun 17-də qəbul edilməsinin ildönümü ilə əlaqədar seçilib. Konvensiya dövlətlərdən bu günün fəaliyyətini səhralaşmaya və quraqlığın nəticələrinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın zəruriliyi, eləcə də Səhralaşma ilə Mübarizə Konvensiyasının müddəalarının həyata keçirilməsində irəliləyiş haqqında məlumatlılığın artırılmasına həsr etməyi tələb edir.

Quraqlıq geniş yayılmış məhsul çatışmazlığı, meşə yanğınları və su qıtlığı kimi təsirlərə görə insan itkisi baxımından ən dağıdıcı təbii fəlakətlərdən biridir. Torpağın deqradasiyası və iqlim dəyişikliyi ilə şiddətlənən quraqlıqlar 2000-ci ildən bəri 29% artaraq daha tez-tez və şiddətli olur və hər il 55 milyon insana təsir göstərir. 2050-ci ilə qədər quraqlıqlar dünya əhalisinin təxminən dörddə üçünə təsir edə bilər. Bu qlobal və aktual problemdir.

Yer kürəsinin ərazisinin üçdə birindən çoxunu əhatə edən quru torpaq ekosistemləri torpaq ehtiyatlarının həddindən artıq istismarı və qeyri-davamlı istifadəsinə qarşı son dərəcə həssasdır. Səhralaşma quraq, yarımquraq və quru subrütubətli ərazilərdə torpaqların əsasən insan fəaliyyəti və iqlim dəyişikliyi nəticəsində deqradasiyasıdır. Səhralaşma problemi dünyanın ən yoxsul insanlarına təsir edir. Nə almaq, yemək, içmək, geyinmək və necə səyahət etmək barədə hər gün verdiyimiz bütün qərarlar torpaq resurslarına təsir edir.

XQ

Ekologiya