Ukraynada münaqişənin həlli prosesində “tunelin sonunda işıq” var. Bunu sentyabrın 5-də Şərq İqtisadi Forumu - 2025 (EEF-2025) çərçivəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Məlumatı “İzvestiya.ru” verib.
“Rusiya Federasiyasının prezidenti tunelin sonunda işıq olduğunu söylədi”, - deyə o, TASS-a müsahibəsində deyib.
Bununla belə, Peskov əlavə edib ki, bu prosesin tamamlanma vaxtı barədə danışmaq hələ tezdir.
Günün əvvəlində Peskov Putinin Ukrayna ilə bağlı üçtərəfli danışıqlara hazır olduğunu da bildirib. Lakin bu cür danışıqlar diqqətli hazırlıq tələb edir. Hər bir tərəfin danışıqlar qrupu həlli mümkün etmək üçün müxtəlif məsələləri müzakirə etməli və konsensusa nail olmalıdır.
Avqustun 19-da Ağ Evin mətbuat katibi Carolin Levitt də Ukrayna nizamlanması kontekstində “tunelin sonunda işıq olduğunu” elan edib. Bundan əlavə, o, Rusiya Federasiyası və ABŞ prezidentləri arasında Alyaskada keçirilən ikitərəfli danışıqları məhsuldar adlandırıb.
P.ƏMİRCANOV
XQ