Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatı platformasını təmin etməyə hazır olduğunu təsdiqləyib. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev erməni həmkarı Vaaqn Xaçaturyanla görüşündə deyib.
XQ “Anadolu”ya istinadən bildirir ki, Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstana rəsmi səfərə gələn Ermənistan prezidenti Vaaqn Xaçaturyanın Akordada təntənəli qarşılanma mərasimi olub.
“Astana Qazaxıstan-Ermənistan əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə qaldırmaqda maraqlıdır”, - Tokayev vurğulayıb.
“Əminəm ki, bugünkü razılaşmalar ikitərəfli münasibətlərin möhkəmlənməsinə kömək edəcək. Biz Qazaxıstan-Ermənistan tərəfdaşlığı üçün möhkəm təməl olan müntəzəm görüşlərimizə böyük əhəmiyyət veririk. Qazaxıstan Ermənistanla dostluq münasibətlərini çox yüksək qiymətləndirir. Qazax torpağında erməni xalqına qarşı isti hisslər var. Qazaxıstan üçün Ermənistan etibarlı və zamanın sınağından keçmiş yaxın tərəfdaşdır. Xalqlarımızı möhkəm dostluq telləri, ortaq tarix və oxşar mədəni-humanitar dəyərlər bağlayır. İkitərəfli münasibətlərin bütün sahələrdə dinamik və mütərəqqi inkişafını məmnunluqla qeyd edirəm”.
P.ƏMİRCANOV
XQ