Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Afrikada keçirdiyi əməliyyat zamanı Suriyada Türkiyə Silahlı Qüvvələrinin bazalarına hücumlarda iştirak edən “Əl-Qaidə” terror təşkilatının üzvü Əhməd Baykara yaxalanıb. Məlumatı “Anadolu” verib.
Təhlükəsizlik strukturlarındakı mənbələrin məlumatına görə, kəşfiyyatçılar Baykaranın Suriyanın İdlib əyalətində Türkiyə Silahlı Qüvvələrinin bazalarına və konvoyuna hücumların təşkilində iştirak etdiyini müəyyən ediblər.
Baykara təqib olunduğunu anladıqdan sonra Afrikaya qaçıb. Türkiyə hərbçilərinə qarşı bir sıra hücumlar planlaşdıran və həyata keçirilməsində iştirak edən terror təşkilatının şəriki kəşfiyyat məlumatlarından istifadə etməklə o, Afrika ölkələrindən birində ələ keçirilib.
Dindirilmə zamanı Baykara xaricdə Türkiyə Silahlı Qüvvələrinə qarşı hücumlarda iştirak etdiyini etiraf edib və silahdaşlarının adlarını açıqlayıb.
P.ƏMİRCANOV
XQ