Qazaxıstan Prezidenti MDB ölkələri təhlükəsizlik xidmətlərinin rəhbərlərini qəbul edib

post-img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclasında iştirak etmək üçün Astanaya gələn nümayəndə heyətlərinin başçılarını qəbul edib.

“Kazinform” agentliyi xəbər verir ki, Prezident Tokayev bu platformanın təhlükəsizlik səylərinin əlaqələndirilməsində mühüm rol oynadığını bildirib və Şuranın müasir şəraitdə əhəmiyyətinin getdikcə artdığını vurğulayıb.

Qazaxıstanın dövlət başçısı iclasın nəticələrinin MDB təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın daha da inkişafına şərait yaradacağına və beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində əlaqələrin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

İclasda MDB iştirakçısı olan ölkələrin - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistanın təhlükəsizlik xidmətlərinin rəhbərləri, Şuranın İcraiyyə Komitəsi və Antiterror Mərkəzinin nümayəndə heyətlərinin başçıları iştirak edirlər.

MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası ötən ilin mayında Bişkekdə keçirilib.

Dünya