Süni intellekt sürətlə həyatımıza daxil olur. O artıq bəzi problemləri asanlıqla həll edir. Məsələn, tədqiqatçılar elə bir süni intellekt alətləri yaradıblar ki, onlar, sadəcə, insanları qoxulamaqla xəstəlik növlərini aşkar edirlər. Xərçəng, şəkərli diabet, beyin zədəsi və stress əsasən aldehidlər adlanan kimyəvi maddələrlə, Parkinson xəstəliyi isə "müşk qoxusu" ilə əlaqəlidir.
Süni intellekt botları həm də qaz və ya digər kimyəvi maddələrin sızmasını insandan tez ortaya çıxarır. İndi meyvələrin yetişməsini təyin edə və hətta səbətə yerləşdirə bilən robotlar var. Bu, sensorlar və kameralar vasitəsilə həyata keçirilir.
Videoya baxarkən insanın emosiyalarını izləyə bilən süni intellekt vasitələri getdikcə populyarlıq qazanır. Süni Emosional İntellekt üz ifadələri, bədən dili və s. məlumatların toplanması ilə işləyir. Daha sonra onları təhlil edir, bu məlumatlar əsasında fəaliyyət planı hazırlayır.
Tədqiqatçılar xəstənin ölümünü proqnozlaşdırmaqda qara qutu alqoritmi tapıblar. Bu, xəstəlik məlumatlarından alınan EKQ nəticələrindən istifadə etməklə əldə edilir. Onun köməyi ilə insanın ölüm tarixi dəqiq göstərilir.
PÜNHAN
XQ