Bakıdan gedib tramvay

post-img

İsti havalarda dəmir relslər üzərində hərəkət edən tramvayların şinli avtobuslardan, hətta elektrobuslardan daha faydalı ola biləcəyi barədə mülahizələr səsləndirilir?! 

Belə ki, bir çox mütəxəssislərin fikrincə, avtobuslardan fərqli ola­raq dəmir relslər asfaltdan daha az qızır, qızanda isə daha tez soyu­yur. Şinlərlə asfaltın kontaktı daha çox isti enerji buraxır. Hələ dəm qazlarının faktorunu kənara qoyuruq (elektrobuslarda onlar yoxdur).

Bir çox Avropa şəhərlərində tramvay relslərini qazon ilə örtürlər, bu isə qızma faktorunu daha da aşağı salır və ayrıca olaraq şəhərə xüsusi gözəllik qatır. Məsələn, Niderlandın paytaxtı Amsterdam şəhərində məhz belə edirlər. Ümid edək ki, Bakıda da tezliklə relsləri qazonla örtülü tramvaylar hərəkət edəcək. 

Leyla HADIYEVA,
tələbə-jurnalist

Sosial həyat