Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 23-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-25°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət 50-70 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacaq.
Q.QASIMOV
XQ