Lənkəran teatrı mövsümün finişində

post-img

Lənkəran Dövlət Dram Teatrı 133-cü mövsümünü uğurla başa vurub. Sənət ocağı iyulun 18-də teatrın baş rejissoru Anar Babalının səhnələşdirdiyi, yazıçı və professor Kamal Abdullanın “Casus” pyesi əsasında səhnəyə qoyulmuş eyniadlı tamaşa ilə teatrsevərlərin qarşısına çıxıb. 

İyulun 19-da isə mövsümün son ta­maşası – görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun “Cəmilə” əsərinin motivləri əsasında hazırlanmış eyniadlı səhnə əsəri nümayiş olunub. Tamaşanın müəl­lifi rejissor İmran Ali Qurbandır. 

Qeyd edək ki, teatr yeni mövsümdə də teatrsevərlərin qarşısına uğurlu tama­şalarla, beynəlxalq festivallardakı çıxışla­rı və digər layihələrlə çıxmağı qarşısına məqsəd qoyub. 

Xatırladaq ki, Lənkəran teatrı fəaliy­yətə 1891-ci ilin 18 yanvarında N. B. Və­zirovun “Oddan alova” (“Yağışdan çıxdıq, yağmura düşdük”) komediyası ilə başla­mışdır. Bundan 41 il sonra, 1930-cu ildən bu sənət məbədi H. Ərəblinskinin adını daşıyır. 1949-cu ildən Xalq Teatrı statu­sunu qazanmışdır. 

Yaradıcı kollektiv son 51 ildə isə 300-əyaxın əsərə səhnə həyatı vermişdir. Azərbaycan və dünya dramaturgiyasının klassik nümunələrini uğurla səhnəyə qo­yan teatr fəaliyyəti dövründə bir çox bey­nəlxalq festivallarında ölkəmizi uğurla təmsil etmişdir.

Fidan SALMANOVA
XQ

Mədəniyyət