Mütəxəssislərin fikrincə, gavalı budaqlarından və yarpaqlarından dəmlənən çay həyəcan və əsəbi halların aradan qaldırılmasında faydalıdır.
Dietoloqlar bildirirlər ki, gavalı çayı, həm də ağciyər xəstəliklərində də faydalıdır. Çayı çox tünd hazırlamağa ehtiyac yoxdur. Onun daha çox faydasını görmək üçün zəif dəmləmə kifayət edir.
Çayı hazırlamaq üçün 15 santimetr uzunluğunda 6–7 ədəd gavalı budağı götürülür və xırda doğranır. Bundan sonra üstünə qaynar su əlavə edilir və dəmlənir. Soyuduqdan sonra içilən çay albalı dadı verən və zərif ətri ilə seçilir.
Z.HÜSEYNLİ
XQ