Ürək – ona hansı qida gərək?

post-img

Ürəyi sağlam saxlamaq və onu xəstəliklərdən qo­rumaq üçün profilaktika məqsədilə qəbul edilən qida məhsullarına diqqət etmək zəruridir. Dieto­loqlar bu qidalardan bəzilərini diqqətə çatdırır. 

Brokkoli – nəinki ürəyi qoruyur, hətta insanda ürək xəstəliklərinin yaranması və inkişafı riskini azaldan fito­nutrientlərlə zəngindir. 

Balıq – Omeqa-3 yağ turşuları ilə zəngindir. Omeqa -3 qanda xolesterinin səviyyəsini aşağı salır, eyni za­manda, tromb və infarkt riskini azaldır.

Giləmeyvələr – ürək əzələlərini möhkəmləndirən və daxili orqanlardakı soyuqlamanı aradan qaldıran an­tioksidantlarla zəngindir.

Avokado – qanda xolesterinin səviyyəsini aşağı sa­lır, ürək-damar xəstəliklərinin yaranmasına əngəl olur.

Kök – ürək xəstəliklərinin və infarktın qarşısını alan beta-karotinlə zəngindir. 

Z.HÜSEYNLİ
XQ

Sosial həyat