“Xiaomi” istifadəçilərə bir düymə ilə smartfonlarında bütün reklamları söndürməyə imkan verəcək.
Bu barədə “SmartPrix” portalı məlumat yayıb. “Xiaomi” şirkəti “HyperOS” mikroproqramında istifadəçilərə xüsusi keçiddən istifadə edərək bütün reklamları söndürməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. Mənbənin sözlərinə görə, “HyperOS”un sınaq versiyasında sistem proqramlarında reklamı bir kliklə aktivləşdirməyə və ya söndürməyə imkan verən keçid var. Hələlik, “Xiaomi” 13 Pro və bəzi digər şirkət smartfonlarının sınaq proqramında olan istifadəçiləri bu şəkildə reklamı söndürə bilərlər.
“HyperOS”, “Redmi” və “Poco” altbrendləri də daxil olmaqla, şirkətin smartfon, planşet və digər qadcetlərində MIUI-ni (“Mi User İnterface”) əvəz edən “Xiaomi” mikroproqramıdır.
XQ