Çin NATO-nu qlobal sülhə təhlükə sayır

post-img

“Şimali Atlantika Alyansı” – NATO qlobal sülh və sabitlik üçün real təhlükə mənbəyidir. Bunu Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cyan bildirib. 

Onun sözlərinə görə, “Soyuq müha­ribə”nin məhsulu və dünyanın ən böyük hərbi ittifaqı özünü regional müdafiə təş­kilatı adlandırsa da, daim səlahiyyətlərini genişləndirir, müdafiə sahəsindən kəna­ra çıxaraq dünyanın müxtəlif ölkələrində qarşıdurmalar yaradır. Lin Cyan qeyd edib ki, bu, NATO-da Soyuq müharibə təfəkkü­rünün və ideoloji ön mühakimələrin möh­kəmləndiyini göstərir: "Bu isə qlobal sülh və sabitliyi təhdid edən real riskdir".

Çin diplomatı alyansı Asiya–Sakit okean regionunda gərginliyi artırmamağa və blok qarşıdurmasından xilas olmağa çağırıb.

Xatırladaq ki, iyulun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Çini son 80 ildəki fəaliyyəti ilə Avropada ən böyük mü­naqişəni törətməkdə ittiham edib. Onun sözlərinə görə, Çin tərəfi Moskvaya ra­ket və pilotsuz uçan aparatların istehsalı üçün ən müasir texnologiyalar və elektro­nik avadanlıqlar verib. 

Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, NATO Avropada qarışıqlıq yaradıb və Ukraynada müharibənin genişlənməsinə səbəb olub. O, daha sonra vurğulayıb ki, alyans fəaliyyəti ilə Asiya–Sakit okean regionuna zərər vurur və bunu dayandır­malıdır.

PÜNHAN
XQ

Dünya