Hindistanda isti hava on minlərlə insanın ölümünə səbəb olur

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Hindistanda yaz-yay fəsilləri şiddətli dərəcədə isti keçir. Şimali Uttar Pradeş ştatında may ayında temperatur 48°C-dən yuxarı qalxıb. Məlumatı “Euronews” verib.

Mütəxəssislər istidən ölənlərin rəsmi sayının əhəmiyyətli dərəcədə az göstərildiyini və faciənin əsl miqyasını əks etdirmədiyini bildirirlər.

Bu yaxınlarda aparılmış  araşdırma zamanı isti dalğasının həddən artıq təhlükəli hala gəldiyini üzə çıxarıb. Hesablamalara görə, Hindistanda bir günlük həddindən artıq isti təxminən 3400 ölümə səbəb olur. Ötən ay “Frontiers in Environmental Health" jurnalında dərc olunmuş məlumata görə, beş günlük isti hava dalğası təxminən 30.000 ölümlə əlaqələndirilir.

Qazıntı yanacaqlarının yandırılması nəticəsində yaranan iqlim dəyişikliyi qlobal temperaturu daha da yüksəltdikcə bu cür istilik dalğaları daha tez-tez, daha uzunmüddətli və daha şiddətli hala gəlir. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, 2015-ci ildən 2025-ci ilə qədərki 11 il tarixdə ən isti dövr olub.

Rəsmi statistikaya görə, ölkədə istilik dalğaları hər il 500-1500 insanın həyatına son qoyur, lakin mütəxəssislər bu rəqəmlərin əhəmiyyətli dərəcədə çox olduğunu bildirirlər. 

P.ƏMİRCANOV
XQ

Dünya