ABŞ-dan Kubaya böyük həcmdə yanacaq göndəriləcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ-ın “Vanguard Energy” ticarət şirkəti Kubaya 250.000 barel dizel yanacağı və benzin tədarük etməyə hazırlaşır. Bu barədə “Bloomberg” agentliyə istinadən məlumat verib.

Qeyd edilir ki, bu, 1960-cı ildən bəri adaya ən böyük ABŞ yanacağı daşınması ola bilər. Yük 100.000 barel benzin və 150.000 barel dizeldən ibarətdir və yalnız özəl sektor üçün nəzərdə tutulub. Bu həcmin 11 gün ərzində standart tələbatı ödəyəcəyi gözlənilir.

“Bloomberg”-in məlumatına görə, “Vanguard Energy” şirkəti əvvəllər Kubaya az miqdarda benzin və dizel yanacağı göndərib. Adaya yeni böyük bir yükün çatdırılması hələ də danışıqlar mərhələsindədir, lakin şirkət artıq səyahət üçün ABŞ bayrağı altında gəmi icarəyə götürüb, Texas neft emalı zavodu ilə təchizat müqaviləsi bağlayıb və Kubada saxlama və paylama çənlərini icarəyə götürüb.

ABŞ administrasiyası adaya yanacaq tədarükünün tamamilə dayandırılmasına yönəlmiş tədbirləri elan etdikdən sonra Kubadakı vəziyyət yanvar ayının sonlarından kəskin şəkildə pisləşib. 

P.ƏMİRCANOV
XQ

Dünya