Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
VTB və Qazprombank biznes üçün “çoxbank xidmətləri”ni inkişaf etdirmək barədə razılığa gəliblər. Korporativ müştərilər bu banklardakı hesablarını vahid interfeys vasitəsilə idarə edə biləcəklər. Məlumatı Rusiya KİV-i yayıb.
VTB-nin bəyanatına görə, texnoloji əməkdaşlıq müqaviləsi 2026-cı il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) bankın Əməliyyat Biznesi Departamentinin rəhbəri və Baş vitse-prezidenti İqor Ostreyko və Qazprombankın Birinci vitse-prezidenti Oleq Melnikov tərəfindən imzalanıb. Layihə Rusiya Bankının standartlarına uyğun olaraq açıq bank texnologiyasına əsaslanan bank sistemlərinin inteqrasiyasını nəzərdə tutur. Nəticədə həm VTB, həm də Qazprombank ilə işləyən korporativ müştərilər VTB Business Online və GPB Business Online sistemlərində hesablarını, balanslarını və əməliyyatlarını vahid pəncərədə görə biləcəklər.
Bəyanatda qeyd edildiyi kimi, açıq proqram interfeyslərinin istifadəsi maliyyə məlumatlarının təhlükəsiz və standartlaşdırılmış mübadiləsini təmin edəcək. Bunun şirkətlərin məlumatlara çıxışını asanlaşdıracağı, korporativ xəzinədarlıqlara düşən yükü azaldacağı və pul vəsaitlərinin idarə edilməsinin səmərəliliyini artıracağı gözlənilir. Layihənin həyata keçirilməsi üçün VTB və Qazprombank birgə işçi qrupu yaradıblar.
Hazırladı:
M.MİRZƏ
XQ

