İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ı Yaxın Şərq ölkələrindən hərbi kontingentini çıxarmağa çağırıb.
O, bu barədə X-də yazıb: “Silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq. Təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin”.
Bir qədər əvvəl ABŞ Mərkəzi Komandanlığı İrana qarşı zərbələr endirildiyini elan etmişdi. Bu, ABŞ-a məxsus “Apaçi” helikopterinin Hörmüz boğazı üzərində vurulmasından sonra baş vermişdi.
Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu Yaxın Şərqdəki ABŞ hədəflərinə hücum etmişdi.
P.ƏMİRCANOV
XQ

