Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
XQ Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 % artaraq 1 172 manat təşkil edib.
Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
N.Adilqızı
XQ

