NASA qara dəliklərin sirli dünyasını göstərmək üçün yeni animasiya filmini təqdim edib. Burada əsas personaj Günəşin kütləsindən 4,3 milyon dəfə böyük olan nəhəng qara dəlikdir. Animasiyanın yaradıcısı NASA Kosmik Uçuş Mərkəzinin astrofiziki Ceremi Şnittmandır.
O qeyd edib ki, bu cür vizual təsvirlər qara dəliklərin sirlərini açmaq istəyən elm adamları və həvəskar araşdırmaçılar üçün böyük maraq doğurur. Filmdə 360 dərəcə boyunca çəkilən kadrlar izləyicilərə virtual səyahət zamanı ətrafa baxmağa imkan verir. Burada 400 milyon mil (640 milyon kilometr) uzaqlıqda yerləşən qara dəliyin getdikcə daha da sürətlə böyüyən mənzərəsini görmək mümkündür. Ekran boyunca qara dəliyin diski, foton halqaları daha aydın görünür və onların işığı getdikcə çoxlu təsvirlər əmələ gətirir.
Qara dəliklərin daxilində zamanın yavaş irəlilədiyi və ya ümumiyyətlə irəliləmədiyi təxmin edilir. Onlar dahi alim Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə təsvir edilir.
FİDAN
XQ