Aranda yağmursuz və dumanlı, dağlarda yağıntılı...

post-img

Ekologiya və Təbii Sərvət­lər Nazirliyi Milli Hidrometeo­rologiya Xidmətindən verilən məlumata əsasən, mayın 11-də Bakıda və Abşeron yarı­madasında hava əsasən yağ­mursuz keçəcək. 

Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, səhər cənub küləyi ilə əvəz olunacaq. Gecə 12-16°, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz ola­caq. Azərbaycanın rayonlarında ək­sər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15°, gündüz 20-25°, dağlarda gecə 4-9°, gündüz 13-18° isti ola­caq. 

Q.QASIMOV
XQ

Ekologiya