Yaponiya Ukraynanın bərpasına dəstək üçün 106 milyon dollar ayıracaq. Vəsait infrastrukturun bərpası, minaların təmizlənməsi və ümumiyyətlə, yeddi sahə üzrə bölüşdürüləcək.
Bu barədə “RBC-Ukrayna” xəbər yayıb.
Nəşrin məlumatına görə, bununla bağlı fevralın 19-da Yaponiyada iki ölkə arasında memorandum imzalanacaq.
Rizvan FİKRƏTOĞLU
XQ