Paşinyan: Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır

post-img

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “The Daily Telegraph”-a müsahibəsində deyib.

“Əslində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəlirdi ki, yekun müqavilənin mətnini yekunlaşdırmağa çox yaxınıq. Güman edirəm ki, Azərbaycanda prezident seçkilərilə bağlı proseslər yekunlaşandan sonra biz buna nail ola biləcəyik”, - deyə N.Paşinyan bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya