ABŞ seçiciləri Baydeni “çox qoca” hesab edirlər

post-img

ABŞ-da seçicilərin 86 faizindən çoxu 81 yaşlı prezident Co Baydenin yenidən seçilmək üçün “çox qoca” olduğunu düşünür. Bunu fevralın 9-10-da ABC News/Ipsos-un keçirdiyi son anket sorğusunun nəticələri sübut edir. Məlumatı “Anadolu” verib.

Eyni zamanda, respondentlərin 59 faizi Bayden və ABŞ-ın keçmiş prezidenti Trampın yaşını tənqid edib. Müstəqil seçicilər arasında bu rəqəm Bayden üçün 91 faiz, Tramp üçün isə 71 faizdir.

Sorğunun nəticələrinə görə, ABŞ seçicilərinin əksəriyyəti Trampın ölkə sərhədlərini Baydendən daha yaxşı qoruyacağına inanır.

Bundan əlavə, iqtisadiyyat, cinayətlə mübarizə və inflyasiya kimi məsələlərdə amerikalılar Baydendən daha çox Trampa etibar edirlər.

P.ƏMİRCANOV
XQ

Dünya