Superulduz partlayışı

post-img

Əgər parlaqlıq dərəcəsini ölçmüş olsaydıq, Saturnun parlaqlığının 0, Merkuri və Marsın 1, Yupiterin 2.5, Veneranın 4.5, Ayın 10 və 12, Günəşin isə 26.7 civarında olduğunu müəyyən edərdik. Amma bunların heç birinin parlaqlığı bir Supernovanınkı ilə müqayisə edilə bilməz. Supernovalar və ya böyüklüklərinə görə Hipernovalar qorxunc kosmik hadisədir. Supernova bir neçə ulduzun birləşməsidir. Lakin burada əsas məsələ onun yox olması – enerjisi bitən böyük ulduzların şiddətli partlamasıdır.

Nəhəng bir ulduzun artıq tarazlığını saxlaya bilmədiyini və çökərək partladığını düşünün. Bu sırada ətrafa yüz minlərlə Yer kürəsi miqdarında maddə və yüz milyardlarla Günəşə bərabər işıq saçıldığını xəyal edin. 

Əgər bu qorxunc hadisə bizdən 10 işıq ili, yəni, təxminən, 92 trilyon kilometr uzaqlıqda yaşanmış olsa da, bir neçə gün səmada 2-ci bir Günəş yarandığını düşünərdik və səma hədsiz parlaq olardı. 

Bu şəkildə gördüyünüz isə Yerə ən yaxın supernovadır. 

Ayan SƏMƏDQIZI, 
tələbə-jurnalist

 

Dünya