Bloomberg: Fransa sentyabrda Ukrayna üzrə sülh danışıqlarının yeni mərhələsini keçirməyi gözləyir

post-img

Fransa ümid edir ki, Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə nizamlanması üzrə məsləhətləşmələrin yeni mərhələsi sentyabrda Nyu-Dehlidə keçiriləcək G20 liderlərinin sammitindən əvvəl baş tutacaq. Bu barədə "Bloomberg" yüksək rütbəli fransalı diplomata istinadən xəbər verir. Onun sözlərinə görə, cənub ölkələrindən heç biri danışıqların növbəti raundunda Rusiyanın iştirakını tələb etməyib.

Diplomat bildirib ki, Çin atəşkəsdə israrlı olmaqla, danışıqlara "konstruktiv yanaşma" tutub. Fransa bunu qəbuledilməz adlandırıb, çünki bu, “Rusiyanın öz yerindəki mövqelərini faktiki olaraq donduracaq”.

Ciddədə iki günlük danışıqlar avqustun 5-də başlayıb. Onlarda 30-dan çox ölkə iştirak edir. Rusiya dəvət olunmayıb, lakin onlar nəticələr barədə məlumat verəcəklərini vəd ediblər. “Corriere della Sera”nın məlumatına görə, birinci günün sonunda iştirakçılar razılaşıblar ki, istənilən sülh sazişi Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət və BMT Nizamnaməsinin aliliyinə əsaslanmalıdır.

G20 Liderlərinin Sammiti sentyabrın 9-dan 10-dək Yeni Dehlidə keçiriləcək. Kreml bildirib ki, Rusiya prezidenti Vladimir Putin sammitdə şəxsən və ya videobağlantı vasitəsilə iştirak edib-etməyəcəyinə hələ qərar verməyib.

"Xalq qəzeti"

 

Dünya