Ermənistan Qərbi Azərbaycan İcmasına niyə cavab vermir?

post-img

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilər bu günlərdə verdikləri bəyanatlarında Azərbaycanda yaşayan ermənilərin hüquqları məsələsi ilə bağlı spekulyasiya edərək ölkəsinin aqressiv və riyakar siyasətini nümayiş etdirməkdə davam edirlər”. Qərbi Azərbaycan İcmasının bu məsələ ilə bağlı yaydığı bəyanatın davamında deyilir:

– Xatırladaq ki, Ermənistan hökuməti bu ölkədə vaxtilə kompakt şəkildə yaşa­mış yüz minlərlə azərbaycanlının hamısı­nı qovub və onların mədəni irsini sistemli şəkildə dağıdıb. Ermənistan hökuməti həmin insanların qanuni təmsilçisi olan Qərbi Azərbaycan İcmasının qayıdış hüququnun təmin edilməsi üzrə dialoqa başlamaq çağırışlarına cavab vermir.

Ermənistanın öz ərazisindən qovdu­ğu azərbaycanlıların qayıtmaq hüququnu təmin etməkdən nümayişkaranə şəkildə imtina etməsi azmış kimi, Azərbaycan­da yaşayan ermənilərin hüquqlarının qorunması bəhanəsi altında ölkəmizin ərazi bütövlüyünə zidd olan və dövlətlə­rin daxili işlərinə qarışmamaq prinsipini pozan yanaşma sərgiləyir. Ermənistan rəsmiləri Azərbaycanda yaşayan ermə­nilərlə bağlı hansısa beynəlxalq mexa­nizm yaradılması kimi sərsəm ideyalarını səsləndirməkdə davam edirlər.

Ermənistan hökumətinin Qərbi Azər­baycan İcmasının dialoq çağırışını ca­vabsız qoyması və Azərbaycan hökumə­tinin dialoq dəvətinə mənfi cavab vermiş və Azərbaycanın ərazi bütövlüyünə açıq-aşkar qarşı çıxan separatçı ünsür­lər üçün hansısa beynəlxalq mexaniz­min yaradılmasına çalışması bu ölkənin destruktiv siyasətini göstərir.

Bəyanat bu sözlərlə bitir: “Qərbi Azər­baycan İcması Ermənistan hökumətin­dən beynəlxalq hüquqa və insan haqları­na zidd siyasətdən əl çəkməyi, qovduğu azərbaycanlıların beynəlxalq verifikasiya və zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkil­də qayıtmalarına şərait yaratmağı tələb edir”.

“Xalq qəzeti”



Siyasət