Azərbaycan “yüksək insan inkişafı” ölkəsidir

post-img

Müstəqillik illərində respublikamızın beynəlxalq aləmə inteqrasiyası, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi ölkəmizin dünyada nüfuzunu artırıb, iqtisadi potensialını gücləndirib. Bütün bunlar isə əhalinin rifahının daha da yüksəlməsini şərtləndirib. Nəticədə Azərbaycan yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürən 128 ölkə arasında bu təşəbbüsü gerçəkləşdirən 18 ölkədən biri olub, 2010-cu ildə “orta insan inkişafı” statusuna malik dövlətlər qrupundan çıxaraq “yüksək insan inkişafı” kateqoriyasında yer alıb. 

Respublikamız bütün bu uğurla­ra əsaslanaraq və BMT-nin Minilliyin Bəyannaməsinin davamı olaraq “Dün­yamızın transformasiyası: 2030-cu ilə­dək dayanıqlı inkişaf sahəsində Gün­dəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Ötən illər ərzində DİM-in icrası ölkədə uğurla da­vam etdirilib, bu istiqamətdə dünyada 10 ölkədən biri, regionda isə ilk ölkə olan Azərbaycan tərəfindən BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 hesabat təqdim edilib, növbəti hesaba­tın isə gələn il təqdim olunması nəzər­də tutulub.

Hazırda Minilliyin İnkişaf Məqsədlə­rinin uğurlu icrası nəticəsində Azərbay­canda yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib, ölkənin İnsan İnkişafı İndek­sində göstəriciləri isə 30 faiz artıb. 

Yeri gəlmişkən, xatırladaq ki, BMT və Azərbaycanın DİM-ə nail olmaq istiqamətində birgə tərəfdaşlığı nəti­cəsində ölkəmiz indiyədək dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji as­pektlərini əhatə edən 17 məqsədi, 88 hədəfi və 119 göstəricini prioritetləşdi­rib. Bundan savayı, 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabat təqdim etməklə respublikamız bu sahədə MDB məkanında ilk ölkə olub. Beləlik­lə, Azərbaycan Hökumətinin ötən dövr ərzində həyata keçirdiyi tədbirlər sayə­sində respublikamız “2030 Gündəli­yi”nə sadiqliyini nümayiş etdirib.

Azərbaycan Hökuməti tərəfindən DİM-in icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyi nəzərə alınaraq, daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişafı, sosial sahələrin tarazlı tərəqqi­sinin gerçəkləşdirilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırıl­ması diqqət mərkəzində saxlanılır. Xa­tırladaq ki, 2016-cı ildə Prezident İlham Əliyevin BMT-nin Azərbaycan Hö­kumətinə göstərdiyi dəstəyin əlaqələn­dirilməsi üçün əsas tərəfdaş kimi fəa­liyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıl­masına dair müvafiq fərman imzalama­sı da bunun əyani nümunəsidir. 

Azərbaycan Hökuməti DİM-in bü­tün bəndlərinin reallaşdırılmasına xü­susi önəm verir. Məsələn, 16-cı DİM-in tələb etdiyi “Sülh, ədalət və səmərəli institutlar hökumətin və vətəndaş cə­miyyətinin koalisiyası”nı, başqa sözlə, “Açıq Hökumət” Proqramının icrası­nı zəruri edir. Bu zərurət DİM-in digər bəndlərində də tələb olunur.

Belə bir məqamda onu da deyək ki, uğurlu nəticələrlə yanaşı, korrupsiya yolu ilə əmlakın əldə edilməsi və ondan istifadə halları tam aradan qaldırılma­yıb. Belə halların ölkənin iqtisadi inki­şafına mənfi təsir göstərdiyini dəfələr­lə bildirən Prezident İlham Əliyev 2023-cü il 28 fevral tarixli sərəncamı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı müba­rizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nı təsdiqləyib.

Hazırda ölkəmizdə icrası diqqətdə saxlanılan layihələrdən biri “yaşıl iqti­sadiyyat”ın inkişaf etdirilməsi ilə bağ­lıdır. Azərbaycanın regionda ilk dəfə BMT-nin forumuna təqdim etdiyi 3 kö­nüllü milli hesabatda “yaşıl artım”a nail olunması ilə bağlı öhdəlik götürməsi də bu məqsədin prioritetliyindən irəli gəlir. 

Azərbaycanın “yaşıl iqtisadiyyat”a önəm verməsi, eyni zamanda, res­publikamızın bununla əlaqədar Paris sazişinə qoşulması ilə bağlıdır. Yeri gəlmişkən, həmin sənədə əsasən, baza ili 1990-cı il olmaqla 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması əsas məqsəd kimi qarşıya qoyulub və artıq bu öhdəlik 40 faizə çatdırılıb. 

Qeyd edək ki, 2050-ci ilə qədər xalis “sıfır emissiya”ya çatmaq üçün 2030-cu ilə qədər bərpaolunan enerji, texnologiya və infrastruktura ildə 4-6 milyon ABŞ dolları vəsaitin cəlb edil­məsi nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyi tərəfindən artıq bu istiqamətdə fəaliyyətə başla­nılıb. Bununla bağlı BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisi inteqrə edilmiş maliyyə çərçivəsində müştərək proqramın icrasına üstünlük verib. Bu proqram çərçivəsində investisiyaların ekosistemə müsbət təsirinin tədqiqi məqsədilə hesabatlar hazırlanıb. 

Emin BAĞIROV,
ETN-nin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru

Azərbaycan hökuməti 10 illik “Azərbaycan 2030: Milli Sosial-İq­tisadi İnkişaf” strategiyasına uyğun olaraq dayanıqlı və rəqabətqabiliy­yətli iqtisadiyyatın inkişafına, inklüziv cəmiyyətin qurulmasına, insan ka­pitalının təkmilləşdirilməsinə, “yaşıl” inkişafa doğru irəliləməyə və infrast­rukturun təkmilləşdirilməsinə daim sadiqlik nümayiş etdirir. Bu, Azər­baycanın 2017, 2019 və 2020-ci illər ərzində BMT-yə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dair ünvanladığı üç hesabatında da aydın nəzərə çarpır. 

Xatırladım ki, Azərbaycan sonun­cu hesabatda mövqeyini yaxşılaşdı­raraq 50-ci yeri tutub. Qeyd etmək istəyirəm ki, respublika üzrə Daya­nıqlı İnkişaf Məqsədlərinin reallaşdı­rılması üzrə növbəti hesabatın BMT-yə 2024-cü ilin iyun ayında təqdim olunması planlaşdırılıb.

Hazırda Dayanıqlı İnkişaf Məqsədlərinə investisiya cəlb edil­məsi üçün İnvestisiya Xəritəsi la­yihəsi həyata keçirilir. Bundan əsas məqsəd beynəlxalq və yerli inves­torlar üçün Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə kapital yatı­ra biləcək yüksək potensiala malik sahələri müəyyənləşdirmək və bu­nun üçün tövsiyələr formalaşdırmaq­dır. 

Dayanıqlı İnkişaf Məqsədləri sı­rasında təhlükəli tullantıların saxla­nılması və utilizasiyası, o cümlədən neft qalıqlarının təmizlənməsi də xü­susi yer tutur. Təhlükəli tullantıların idarə edilməsi, təmizlənməsi və sax­lanılması xidmətlərini reallaşdıran müəssisələrin tikintisi və istismarı, o cümlədən neft qalıqlarının təmizlən­məsi, burada yığılmış neft məhsulu­nun qalıqlarının müvafiq neft qalıqla­rı təchizatçısına qaytarılması, yaxud bərk tullantı yanacağa çevrilməsi im­kanları var.

Hesabatda infrastruktur sahələri üzrə investisiya imkanları üzrə təklif edilən digər sahə əsas ticarət marş­rutları boyu ticarət-logistika mərkəz­lərinin yaradılmasıdır. Məhsulların düzgün saxlanılmasını və bazarlara vaxtında, təhlükəsiz səkildə çatdı­rılmasını gerçəkləşdirmək üçün bir məntəqədə saxlamaq, nəqliyyat və tranzit-gömrük xidmətlərini təklif edən əsas quru və dəmir yolu ticarət marşrutları ilə bağlı logistika mərkəz­lərinə investisiya qoyuluşunu həyata keçirmək mümkündür.

Azərbaycan Hökumətinin işğal­dan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr “Yaşıl enerji” və “Yaşıl iqtisadiyyata keçid” prinsiplə­rinə uyğundur. Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra düşməndən təmizlənən ərazilərimiz­də genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı is­tiqamətində tədbirlər görülür. Həmin ərazilərə investisiyaların cəlb olun­ması çox vacib məsələlərdən biridir. Bu məsələnin də yer aldığı İnvestor Xəritəsinin və yaxud investisiya plat­formasının formalaşdırılmasının isə Azərbaycanda iqtisadi inkişafa öz mühüm töhfəsini verəcəyi gözlənilir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat