Hindistanda qatar qəzası son 40 ilin ən dəhşətli hadisəsidir

post-img

BBC xəbər verir ki, bir gün əvvəl Hindistanda baş verən dəmir yolu qəzası son 40 ilin ən böyük qəzasıdır.

Xatırladaq ki, Hindistanın şərqindəki Odişa ştatında bir neçə qatarın toqquşması nəticəsində azı 288 nəfərin öldüyü, 900-ə yaxın insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları bildirilir.

İlkin məlumatlara görə, yerli vaxtla axşam saat 19 radələrində Şalimar-Koromandel ekspress qatarı relsdən çıxıb və bir neçə vaqon Esvantpur-Khaora ekspressinin ardınca getdiyi başqa yola çıxıb. Qatar həmin vaqonlara çırpılıb, bu dəfə relsdə dayanan yük qatarı ilə daha bir toqquşma olub. Hələlik başqa təfərrüatlar açıqlanmır. Bu, 1980-ci illərdən bəri Hindistanda baş verən ən böyük dəmir yolu qəzasıdır. Yerli hakimiyyət orqanlarının məlumatına görə, qurbanların sayı arta bilər.

Hindistan dünyanın ən böyük dəmir yolu şəbəkələrindən birinə malikdir. Hökumət infrastrukturun təkmilləşdirilməsinə yüz milyonlarla dollar sərmayə qoymasına baxmayaraq, burada dəmir yolu qəzaları tez-tez baş verir. Hindistanın ən dəhşətli dəmir yolu qəzası 1981-ci ildə, Bihar əyalətində siklonun həddindən artıq dolu sərnişin qatarını çaya düşürməsi nəticəsində ən azı 800 nəfər həlak olmuşdu. 

S.ELAY,

"Xalq qəzeti"

Hadisə