Fatimə Məcidova mübarizəni dayandırdı

post-img

Bu gün taekvondo üzrə 26-cı dünya çempionatının altıncı günün qarşılaşmaları keçirilir. 

Kristal Zalda təşkil edilən çempionatın növbəti döyüşləri çərçivəsində qadınların yarışında dayanq üzərinə çıxan taekvondoçumuz Fatimə Məcidova çempionatı erkən tərk etməli olub. Belə ki, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz onaltıdabir finalda İtaliya təmsilçisi Kristina Kaspaya məğlub olub.

Üstün tərəf olan rəqib növbəti mərhələyə yüksəlib.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman