Taekvondo üzrə may ayı üçün idmançıların dünya reytinqi açıqlanıb.
Azərbaycan taekvondoçusu, Paris Olimpiadasının gümüş mükafatçısı Qaşım Maqomedov siyahıda 2-ci mövqedəki yerini qoruyub saxlayıb. İdmançımızın hesabında 133,34 xal var.
Qeyd edək ki, bu çəki dərəcəsində Q.Maqomedovun “Paris-2024”ün finalındakı rəqibi Cənubi Koreya təmsilçisi Tae-joon Park 200 xalla 1-cidir.
L.AZAD
XQ