Səbail rayonu ərazisində yerləşən 4 ev və bir qarajdan təmir alətləri, elektrik avadanlıqlarının oğurlanması, nəticədə zərərçəkənlərə 2850 manatdan çox maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.
Xəbəri DİN mətbuat xidməti yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı Q.Qədirov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Qaradağ rayonu ərazisində bir nəfərə məxsus içərisində 570 manat və sənəd olan pulqabını oğurlamaqda şübhəli bilinən 43 yaşlı T.Hüseynovun saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.
P.ƏMİRCANOV
XQ