Nəsimi rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər 41 yaşlı paytaxt sakininə fiziki zor tətbiq edərək ondan pul tələb ediblər. Məlumatı DİN mətbuat xidməti verib.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı H.Tairov və 23 yaşlı K.Dəvrişov saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin 42 yaşlı digər bir vətəndaşa da fiziki zor tətbiq edərək mobil telefonunu və bank kartını taladıqları məlum olub.
Sabunçu rayonu ərazisində mağazaların birində işləyən satıcıya qarşı da naməlum şəxs kəsici-deşici alətlə hədələyərək quldurluq edib. Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşları əməli törətməkdə şübhəli bilinən 25 yaşlı E.Məmmədovu saxlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar aparılır.
P.ƏMİRCANOV
XQ