Paşinyan: Əgər kilsə siyasi fəaliyyət göstərmək istəyirsə, partiya yarada bilər

post-img

Dövlət və kilsə bir-birinə qarışanda bundan təhlükəli bir şey yoxdur, dövlət öz işini, kilsə də öz işini görməlidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parz Liç gölünün yaxınlığında məktəblilərlə görüşündə şagirdlərdən birinin "Dövlət-kilsə münasibətləri necədir?" sualına cavab verərkən deyib.

Baş nazirin sözlərinə görə, kilsə ilə münasibətlər konstitusiya və qanunvericilik çərçivəsində olmalıdır. “Amma belə bir hal da var: əgər kilsə siyasi fəaliyyətə başlamaq istəyirsə, bunu edə bilər. Onlara partiya yaratmağa və qanun çərçivəsində siyasi fəaliyyət göstərməyə heç nə mane olmur. N.Paşinyan xüsusi olaraq vurğulayıb ki, kilsə dövlətdən yüksək ola bilməz.

S.ELAY,

"Xalq qəzeti"

Dünya