Misir millisindən çətin qələbə

post-img

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi çərçivəsində bu gün Almaniya və Misir komandaları qarşılaşıblar. Bu dəfə meydançada daha fəal mübarizə nümayiş etdirən Almaniya millisi ilk dəqiqələrdən bir xal fərqi ilə hesabda üstünlüyə yiyələnib. Ancaq ilk matçda Ukrayna millisinə xala xal fərqi ilə məğlubiyyət komandaya arxayınlıq hissini unutdurmuşdu. Elə bunun nəticəsi idi ki, artıq üçüncü dəqiqədə Almaniya seçməsi hesabı 5:1-ə çatdırmışdı. Möhtəşəm və sürətli oyun sərgiləyən Almaniya seçməsi ilk beş dəqiqəni 10:5 hesabı ilə bitirmişdi. Geridə qalan dəqiqələrdə də əzmkar oyun sərgiləyən Misir millisi hesab arasındakı bərabərləşdirməyi bacardı. Xala xla fərqi ilə davam edən matçın son saniyəsində Misir millisi 16:15 hesabı ilə qalib gəldi. 

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman